Bakı – APA. “Uzun müddətdir Azərbaycan yığmasını izləyirik. Bu da bizə rəqibin güclü və zəif tərəflərini daha yaxşı öyrənməyə kömək edib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu Vladimir Qadjev deyib.
27 yaşlı yarımmüdafiəçi AVRO-2016-nın seçmə mərhələsinin sabah Azərbaycana qarşı keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb. “Levski”də çıxış edən Qadjev qarşılaşma haqda nikbin danışıb: “Sabah meydana çıxıb, onları daha yaxşı öyrəndiyimizi və daha yaxşı hazırlaşdığımızı sübut edəcəyik. Komandamızın qarşısına böyük vəzifə qoyulub. Bunun üçün də şanslarımızdan istifadə etməliyik. Ümid edirəm ki, ötən seçmə mərhələdən nəticə çıxarıb, şanslarımızdan yararlanacağıq. Bəzi aparıcı oyunçularımız Bakıya yollanmasa da, meydana 3 xal üçün çıxacağıq. Azərbaycan yığması zəif rəqib deyil. Amma biz istək və əzmimizi göstərib qələbə üçün hər şey edəcəyik”.