Bank Of Baku

Bərk məişət tullantılarının yandırılması zavodu elektrik enerjisinin istehsalını 2% artırıb

Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu

© APA | Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu

# 18 avqust 2021 12:17 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Bakı bərk məişət tullantılarının yandırılması zavodunda 125,2 mln. kVt-st elektrik enerjisi istehsal edilib, bu da illik müqayisədə 2,2% artım deməkdir.

APA-Economics” Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-iyul aylarında zavod 122,5 mln. kVt-st elektrik enerjisi istehsal edib.

Qeyd edək ki, ötən il zavod 200,6 mln. kVt-saat elektrik enerjisi istehsal edib.

Xatırladaq ki, zavod 2012-ci ilin dekabrında istifadəyə verilib. 20 hektar ərazidə inşa olunan zavodun illik emal gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR