Bank Of Baku

Heqset NATO-dan olan həmkarları ilə ittifaqa töhfələrinin artırılmasını müzakirə edəcək

Heqset NATO-dan olan həmkarları ilə ittifaqa töhfələrinin artırılmasını müzakirə edəcək
# 17 iyun 2026 05:08 (UTC +04:00)

Pentaqon rəhbəri Pit Heqset 18 iyunda Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin görüşündə Avropa müttəfiqlərinin quruma töhfələrinin artırılmasını müzakirə etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat verib.

Sənəddə Heqsetin çərşənbə günü görüşdə iştirak etmək üçün Brüsselə səfər edəcəyi qeyd olunur.

"Nazir NATO müttəfiqlərinin müdafiə xərclərini ÜDM-nin 5%-nə qədər artırmaqla, hərbi-sənaye kompleksini gücləndirməklə və döyüşə hazır qüvvələr yerləşdirməklə Avropa qitəsində qeyri-nüvə təhlükəsizliyi üçün əsas məsuliyyəti öz üzərinə götürməsinin təcili ehtiyacına diqqət yetirəcək", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR