Gürcüstanın Bolnisi rayonunda 31 mart- Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım tədbiri keçirilib

Gürcüstanın Bolnisi rayonunda 31 mart- Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım tədbiri keçirilib
# 01 aprel 2015 11:19 (UTC +04:00)

Bolnisi. Nizami Məmmədzadə - APA. Gürcüstanın Bolnisi rayonunun Mədəniyyət Mərkəzində 1918-ci il 31 mart- Azərbaycanlıların soyqırımı günü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə iştirak edən Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım tədbirində Bolnisidə nəşr olunan “Ümid” qəzetinin redaktoru, şair-publisist Əlixan Yəhyaoğlu faciənin səbəblərindən, cəllad bolşevik Rusiyasının baş kəsən əsgərlərinin və erməni quldur birləşmələrinin on minlərlə azərbaycanlılara qarşı soyqırımından, “Daşnaksutyun” partiyası üzvlərinin Bakı, Şamaxı, Quba və digər yerlərdə törətdikləri vəhşiliklərdən, “dənizdən- dənizə Ermənistan” xülyasından, Cənubi Qafqazın erməniləşdirilməsindən söhbət açıb.

Tədbir iştirakçıları erməni vandalizmindən, ermənilərin türk və azərbaycanlılara qarşı son 100 ildə törətdikləri cinayətlərdən, Azərbaycan və Gürcüstana qarşı torpaq iddialarından danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR