“ASAN Xidmət”də 12 milyonuncu müraciət qeydə alınıb

“ASAN Xidmət”də 12 milyonuncu müraciət qeydə alınıb
# 20 oktyabr 2016 09:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “ASAN Xidmət”də 12 milyonuncu müraciət qeydə alınıb.

APA-nın xəbərinə görə, “ASAN Xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, Baham Adaları Birliyinin vətəndaşı və ADA Universitetinin tələbəsi Cordan Haçesonun “ASAN Xidmət” mərkəzinə müraciəti 12 milyonuncu müraciət kimi qeydə alınıb. O deyib ki, C. Haçeson “ASAN Xidmət”ə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən məhkumluq barədə arayışların verilməsi ilə bağlı müraciət edib: “Sənəd Azərbaycanda təhsil alan Cordan Haçesona üçüncü ölkəyə səfər etməsi ilə bağlı lazım olub”.

Bu gün 5 saylı “ASAN Xidmət” mərkəzində müvafiq arayış C. Haçesona təqdim edilib. C. Haçeson xidmət tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR