NATO-nun baş katibi: “Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcəyik”

NATO-nun baş katibi: “Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcəyik”
# 22 iyun 2015 14:45 (UTC +04:00)

APA-nın “gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO ölkələri müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclası ərəfəsində deyib.


“Biz Ukraynanın suveren, müstəqil ölkə olması və ərazi bütövlüyünün toxunulmazlığı prinsipini dəstəkləyəcəyik”, deyə Y. Stoltenberq bildirib.


NATO baş katibi qeyd edib ki, müdafiə nazirlərinin görüşündə Ukrayna ilə əməkdaşlıq məsələsi də müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR