İtaliyanın tanınmış futbol komandalarından olan “Yuventus”un 10 xalı silinib.
APA xəbər verir ki, maliyyə məsələlərində yol verilən nöqsanlara görə klubun xalları mıəhkəmə qərarı ilə silinib.
Bu qərardan sonra komandanın xallarının ümumi sayı 59-a enib və komanda səkkizinci yerə enib.