Almaniya saytında Azərbaycanda keçiriləcək “Formula-1” yarışlarına dair məqalə dərc edilib

Almaniya saytında Azərbaycanda keçiriləcək “Formula-1” yarışlarına dair məqalə dərc edilib
# 25 iyun 2015 09:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Almaniyanın autozeitung.de saytı Azərbaycan paytaxtında gələn il keçiriləcək “Formula-1” yarışlarına hazırlıqlar və Azərbaycanın gözləntiləri haqda məqalə dərc edib.

APA-nın məlumatına görə, məqalə müəllifi yarışların şəhərin mərkəzində, insanların əsas istirahət məkanlarından olan bulvarın da yerləşdiyi Neftçilər prospektində baş tutacağını vurğulayıb. Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun da fikirlərinə yer verilib. Azad Rəhimov “Formula-1” yarışlarında Bakıya gələcək çoxsaylı qonaqlara Azərbaycanı tanıtmaq istədiklərini bildirib.

“Azərbaycan böyük idman tədbirləri ilə adını dünyaya tanıtmaq istəyir” - deyə, məqalədə qeyd olunur.

Məqalə müəllifi bəzi media orqanlarının Azərbaycanda insan haqların pozulması ilə bağlı iddiaların bu oyunlara təsiri məsələsinə də toxunub. Jurnalistin bununla bağlı sualını cavablandıran “Formula-1” yarışlarının baş direktoru Berni Ekklstoun hər kəsin bu oyunların təşkilindən məmnun olduğunu, bu kimi iddiaların problem yaratmayacaını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR