Bank Of Baku

Qubada “Yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarında səmərəli idarəçilik” mövzusunda seminar keçirilib

Qubada “Yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarında səmərəli idarəçilik” mövzusunda seminar keçirilib
# 21 iyun 2008 09:24 (UTC +04:00)
Quba. Tamara Qriqoryeva - APA. BMT-nin Dövlət Qulluğu günü münasibətilə Azərbaycanın Quba rayonunda “Yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarında səmərəli idarəçilik” mövzusunda Milli QHT Forumunun yerli QHT-ləri regional resurslar və təlim mərkəzinin seminarı keçirilib.
APA-nın məlumatına görə, seminarda ombudsman Elmira Süleymanova çıxış edərək Azərbaycanda demokratiyanın inkişafından və qanunun aliliyinin vacibliyindən danışıb. Tədbirdə Ədliyyə Nazirliyinin nümayəndələri, Azərbaycan Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə Komissiyanın təmsilçiləri, QHT-lər, həmçinin Quba rayon İcra hakimiyyətinin başçısı Rauf Həbibov iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR