Bank Of Baku

Ağdamın Quzanlı kəndinə yırtıcı heyvanlar hücum edib

Ağdamın Quzanlı kəndinə yırtıcı heyvanlar hücum edib
# 23 iyun 2008 07:52 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Yırtıcı heyvanlar Ağdamın Quzanlı kəndinə hücum edib. APA-nın Qarabağ bürosunun məlumatına görə, ötən gecə kənd sakini Ramiz Səlimovun şəxsi təsərrüfatına hücum edən yırtıcılar 7 qoyunu yaralayıb. Zona Baytarlıq İdarəsinin Ağdam Diaqnostika Mərkəzinin direktoru Əli Bağırov APA-nın yerli bürosuna bildirib ki, yaralı heyvanlardan analizlər götürülüb. Həmin heyvanlarda quduzluğun olub-olmadığı araşdırılacaq. Ümumiyyətlə, rayon ərazisində quduzluğun yayılmasının qarşısının alınması üçün lazımi tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR