Bank Of Baku

Azərbaycan səfirliyinin əməkdaşı Gürcüstanda həbsdə azərbaycanlı qadınlarla görüşüb

Azərbaycan səfirliyinin əməkdaşı Gürcüstanda həbsdə azərbaycanlı qadınlarla görüşüb
# 23 iyun 2008 15:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Tiflisdə qadın və yetkinlik yaşına çatmayanlar üçün 5 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan vətəndaşı olan 5 qadın cəza çəkir. Bu günlərdə həmin müəssisədə keçirilən ağlıq aksiyasına qoşulan azərbaycanlı məhbus Dilarə Daşdəmirovanın xahişi ilə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Elxan Poluxov onunla və digər 4 azərbaycanlı qadınla görüşüb. Diplomatın APA-ya verdiyi məlumata görə, bu qadınlar narkotik maddə ticarəti ilə məşğul olduqları üçün 8 ildən 25 ilə kimi həbs cəzasına məhkum olunublar. 25 il müddətinə azadlıqdan məhrum olmuş 1979-cu il təvəllüdlü Dilarə Daşdəmirova külli-miqdarda narkotik vasitələr satdığına görə (190 tabletka “Subateks” narkotik maddəsi və heroin) həbs olunub. 15 ay əvvəl məhkum olunmuş Dilarə Daşdəmirova işinə yenidən baxılmasını, iki uşaq anası olmasının yüngülləşdirici hal kimi nəzərə alınmasını xahiş edib. Digər məhbuslar - 1979-cu il təvəllüdlü Elnarə Əliyeva və 1961-ci il təvəllüdlü Səməngül Qurbanova diplomatdan Azərbaycana ekstradisiya olunmalarına yardım göstərilməsini xahiş ediblər. Səfirlik öz növbəsində onların xahişini Azərbaycanın müvafiq qurumlarına göndərib. Elxan Poluxov bildirib ki, 11 il müddətinə azadlıqdan mərhum olunmuş 1973-cü il təvəllüdlü Yuliya Timoşenko və adının çəkilməsini istəməyən digər məhbus vətəndaşımız ekstradisiya edilmək barədə düşünmürlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR