Bank Of Baku

Aramsız yağışlar Daşkəsən rayonunun infrastrukturuna ziddi ziyan vurub

Aramsız yağışlar Daşkəsən rayonunun infrastrukturuna ziddi ziyan vurub
# 24 iyun 2008 09:11 (UTC +04:00)
Daşkəsən. Nəzakət Məşədiəliqızı-APA. Bir neçə gündür Daşkəsən rayonuna yağan aramsız yağışlar nəqliyyatın hərəkətinə ciddi problem yaradıb. Dünən bölgəyə yağan leysan yağışı Xoşbulaq yaşayış məntəqəsində 10 elektrik dirəyini və yüksək gərginlik xətlərini sıradan çıxarıb. 22 saylı yol istismar idarəsinin rəisi Nəriman Süleymanovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, güclü leysan Gəncə-Daşkəsən-Xoşbulaq yolunun 22-24 kilometrliyində Bayan kəndi ərazisində yolu tamamilə sıradan çıxarıb. Magistral yol 30 dəqiqədən artıq bağlı qalıb. Sel suları rayonun Dəstəfur və Çıraqlı kəndlərinin də nəqliyyat xətlərinə ciddi ziyan vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR