Bank Of Baku

Son 20 ildə televizor qarşısında matç izləyən 40 min futbol azarkeşi infarktdan dünyasını dəyişib

Son 20 ildə televizor qarşısında matç izləyən 40 min futbol azarkeşi infarktdan dünyasını dəyişib
# 24 iyun 2008 09:36 (UTC +04:00)
APA-nın Rusiya KİV-ə istinadən yaydığı məlumatına görə, son iyirmi ilə ərzində müxtəlif yarışların canlı yayımı zamanı 40 min nəfər ekran qarşısında miokard infarktından dünyasını dəyişib. Maraqlıdır ki, milli komandanın qalib gəlməsi və məğlub olması insanların ürək-damar sisteminə eyni dərəcədə təsir edir. Ekran qarşısında vəfat edən azarkeşlərin tam yarısının ürəyi milli komandalarının qələbə çalmasından doğan sevinci hissinə tab gətirməyib. Qeyd edək ki, kardiologiyada “futbol infarktı” adlanan termin mövcuddur. Son 20 il ərzində stadionlarda infarktdan 230 azarkeş dünyasını dəyişib. Son iki belə hal EURO-2008-də qeydə alınıb. Avstriya-Almaniya matçından sonra 20 yaşlı avstriyalı qadın azarkeş stadionda dünyasını dəyişib, Türkiyə millisinin İsveçrə üzərində qələbəsindən sonra isə türk azarkeşin sevincdən ürəyi dayanıb. Həkimlərin hesablamalarına görə, milli komandanın matçı olan gün azarkeşlərin infarkt keçirməsi ehtimalı 3 dəfə artır. Oyunun izləyən zaman bəzi azarkeşlərin ürəyi dəqiqədə 160 dəfə döyünür ki, bu da sahədə olan oyunçuların ürək döyüntülərinin sayına bərabərdir. Lakin futbolçunun ürək döyüntüləri sürətlə nəfəs alıb-vermə, yəni mütəmadi oksigen qəbulu ilə müşayiət olunursa, azarkeşdə bu proses baş vermədiyindən onun infarkt vurma təhlükəsi artır. APA-nın “Tvoy den” qəzetinə istinadən yaydığı məlumata görə, Rusiya millisi Hollandiya yığmasını məğlub etdikdən sonra Moskvada müxtəlif xəstəxanaların kardiologiya bölmələrinə ürək-damar sisteminin xəstəlikləri diaqnozu ilə təqribən 200 azarkeş gətirilib. Həkimlərin sözlərinə görə, matçdan sonra infarkt diaqnozu ilə xəstəxanalara gətirilən şəxslərin hamısı yaşı 35-ə qədər olan azarkeşlərdir. Həkimlər Avropa çempionatının oyunlarını televiziya qarşısında izləyən azarkeşlərə infarkt təhlükəsini azaltmaq üçün siqaret çəkməməyi, spirtli içki qəbul etməməyi, oyun bitdikdən sonra təmiz havada gəzməyi məsləhət görürlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR