Bank Of Baku

Müəllimə bir dəfəyə altı uşaq dünyaya gətirib

Müəllimə bir dəfəyə altı uşaq dünyaya gətirib
# 25 iyun 2008 07:58 (UTC +04:00)
Həkimlər qadının üzərində Qeysər kəsiyi əməliyyatı aparıblar. Əkizlərin çəkisi 450-600 qram arasındadır. Hazırda körpələr ciddi həkim nəzarəti altındadır. Onlardan birinin vəziyyəti ağırdır. Digər körpələr özlərini yaxşı hiss etsələr də, həkimlər onların tələf olma təhlükəsinin hələ də aradan qalxmadığını bildirir. Vaxtından əvvəl doğuş körpələrin tənəffüs və ürək-damar sistemində ciddi problemlər yarada bilər. Gənc ananın səhhəti üçün isə heç bir problem yoxdur. Bu, onun ikinci doğuşudur, 35 yaşlı müəllimənin əvvəlki doğuşdan 5 yaşlı bir qızı var. Bu, Bəhreyn tarixində bir doğuşda altı uşağın dünyaya gəlməsinə dair ikinci faktdır. İlk belə hadisə 2001-ci ildə baş verib, o zaman həkimlər yalnız üç uşağın həyatını xilas edə biliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR