Bank Of Baku

Məhkəmə Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiasını təmin etməyib

Məhkəmə Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiasını təmin etməyib
# 25 iyun 2008 08:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Səbayel rayon Məhkəməsi Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddianı təmin etməyib. Partiyanın Seçki Departamentini rəhbəri Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, hakim Famil Nəsibov məhkəmənin qərarını bu gün elan edib. G. Aslanlı partiyanın rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəyini deyib. Qeyd edək ki, Müsavat Partiyası mayın 4-də Ukrayna meydanı, keçmiş “Qələbə” kinoteatrının qarşısı və “Təbriz” kinoteatrının qarşısına təyin etdiyi mitinqin həmin yerlərdə keçirilməsinə icazə verilməməsini qeyri-qanuni hesab edərək məhkəməyə müraciət etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR