Bank Of Baku

Bərdə rayonunda dəhşətli yol qəzası baş verib

Bərdə rayonunda dəhşətli yol qəzası baş verib
# 26 iyun 2008 16:58 (UTC +04:00)
Bərdə-Teymur Zahidoğlu-APA. Bu gün Hindarx-Borsunlu yolunun 25-ci kilomentrliyində, Bərdənin Soğanverdilər kəndi ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə 3 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnib. Qəza Ağdam rayon sakini, 1982-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi 02-BB-457 nömrə nişanlı VAZ 2106 markalı avtomobilin Laçın rayon sakini, 1968-ci il təvəllüdlü Yelmar Rzayevin idarə etdiyi 59-BA-447 nömrə nişanlı VAZ 2107 markalı maşınla toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində VAZ 2106 markalı maşının sürücüsü Azər Əliyev ölüb, onun sərnişinləri, 22 yaşlı Məhəmməd Niftəliyev və 20 yaşlı Novruz Əhmədov xəsarət alıb.
Hadisə VAZ 2107 markalı maşının sürücü Yelmaz Rzayevin yaralanmasına, onun sərinişinləri Pəsi Şükürov və Eldar Rzayevin ölümünə, Şərabanı Rzayevanın isə xəsarət almasına səbəb olub. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR