Bank Of Baku

Bərdədə baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb

Bərdədə baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb
# 27 iyun 2008 08:23 (UTC +04:00)
Bərdə-Teymur Zahidoğlu - APA. İyunun 26-da Hindarx-Borsunlu yolunun 25-ci kilometrliyində, Bərdənin Soğanverdilər kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan Şərabanı Rzayeva çatdırıldığı xəstəxanada keçinib. APA-nın Qarabağ bürosunun məlumatına görə, bununla hadisə nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Qeyd edək ki, iyunun 26-da Ağdam rayon sakini, 1982-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi “VAZ 2106” markalı, 02-BB-457 nömrə nişanlı avtomobil Laçın rayon sakini, 1968-ci il təvəllüdlü Yelmar Rzayevin idarə etdiyi “VAZ 2107” markalı, 59-BA-447 nömrə nişanlı maşınla toqquşub. Nəticədə A. Əliyev, “VAZ 2107”in sərnişinləri Pəsi Şükürov və Eldar Rzayev hadisə yerində keçiniblər. Ağır yaralanan “VAZ 2106”ın sərnişinləri, 22 yaşlı Məhəmməd Niftəliyev və 20 yaşlı Novruz Əhmədov, “VAZ 2107”in sürücü Yelmar Rzayev, onun anası Şərabanı Rzayeva isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR