Bank Of Baku

Masallıda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Masallıda ölümlə nəticələnən avtomobil qəzası baş verib
# 27 iyun 2008 08:29 (UTC +04:00)
Masallı. Ağəddin Babayev APA. Lənkəran-Boradigah yolunun Masallı rayonunun Qəzvinoba kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Ədalət Səfərovun APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Havzava kənd sakini, 1964-cü il təvəllüdlü Vidadi Naib oğlu Əsgərovun idarə etdiyi “QAZ-53” markalı, 42 BG 991 dövlət nömrə nişanlı yük maşını Masallı rayonunun Şatıroba kənd sakini, 1974-cü il təvəllüdlü Bəhruz Feyruz oğlu Səfərovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BX 517 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “QAZ-53” yoldan çıxaraq əvvəlcə yüksək gərginlikli elektrik dirəyinə, daha sonra yolun kənarındakı ticarət obyektinə çırpılıb. Ağır bədən xəsarəti alan avtomaşının sərnişini, Lənkəran rayonunun Girdəni kənd sakini, 1963-cü il təvəllüdlü Ağagül Həmzə oğlu Şabanov çatdırıldığı Lənkəran Mərkəzi Rayon Xəstəxanasında keçinib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR