Bank Of Baku

Azərbaycanda tunel qazaraq həbsxanadan qaçmaq istəyən məhkum özünü öldürüb

Azərbaycanda tunel qazaraq həbsxanadan qaçmaq istəyən məhkum özünü öldürüb
# 27 iyun 2008 09:07 (UTC +04:00)
Prokurorluqdan bildirilib ki, 89-cu kamerada saxlanılan ömürlük məhkumlar Çingiz Məmmədov və Ədalət Qulamov həbsxanadan qaçmaq məqsədilə 2 metr dərinliyində, 8 metr uzunluğunda tunel qazıblar. Ancaq iyunun 21-də onların əməlinin üstü açılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb, məhkumlar dindiriləndən bir gün sonra Ə. Qulamov kamerada özünü asaraq intihar edib. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 304.1-ci (cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən, həbsdən və ya mühafizə altından qaçma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, bu barədə ilk olaraq “Yeni Müsavat” qəzeti məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR