Bank Of Baku

Şirvanda baş verən yanğın nəticəsində bir nəfər ölüb

Şirvanda baş verən yanğın nəticəsində bir nəfər ölüb
# 27 iyun 2008 12:05 (UTC +04:00)
Bakı-APA. Şirvan şəhərində yerləşən M. Əsədov küçəsindəki qamışlıqda yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə 200 kvm. sahədə qamış yanıb, yanğın söndürüldükdən sonra 35-40 yaşlı kişinin yanmış meyiti tapılıb. Daha bir yanğın Quba rayonunun Hacıhüseynli kəndində olub. Kənd sakini Əhməd Əhmədova məxsus 1 mərtəbəli 3 otaqlı evdə baş verən yanğın nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar tamamilə yanıb. Göyçay rayonunun Bığır kəndində, kənd sakini Şəmsi Ağayevə məxsus 1 mərtəbəli 4 otaqlı evdə baş verən yanğın nəticəsində isə evin yanar konstruksiyaları və oradakı əşyalar yanaraq yararsız hala düşüb. Hər üç faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR