Bank Of Baku

Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 27 iyun 2008 14:27 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. MR Dövlət Yol Polisi İdarəsindən (DYPİ) APA-ya verilən məlumata görə, Şahbuz rayon sakini Hüseynov Füzuli Yamən oğlu idarə etdiyi “Toyoto” markalı, 10 RJ 376 dövlət nömrə nişanlı avtomobillə bacısı ilə yolu keçmək istəyən Naxçıvan şəhər sakini 1990-cı il təvəllüdlü Əsədov İlkin Yavər oğlunu vurub. Ağır bədən xəsarəti alan İ. Əsədov çatdırıldığı xəstəxanada keçinib. Şahidlərin sözlərinə görə, hadisə zamanı İ. Əsədov sürətlə gələn avtomobili gördükdə bacısını kənara itələyərək ölümdən xilas etsə də, özü qaça bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR