Bank Of Baku

Lənkəranda özünü yandıran qadın xəstəxanada dünyasını dəyişib

Lənkəranda özünü yandıran qadın xəstəxanada dünyasını dəyişib
# 28 iyun 2008 07:26 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. İyunun 27-də 4-cü dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilən Lənkəran şəhər sakini, 1953-cü il təvəllüdlü Rəfiqə İltifat qızı Əliyeva bu gün səhər dünyasını dəyişib. Bu barədə APA-nın cənub bürosuna MRX-dan bildirilib.
Qeyd edək ki, R. Əliyeva şəhərin mərkəzi bazarında üzərinə neft tökərək özünü yandırıb. Onun özünə qəsd etməsinə səbəb kimi mərkəzi bazarda qardaşının ticarət köşkünün əlindən alınması göstərilir. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR