Bank Of Baku

Rusiyada 5 azərbaycanlının da daxil olduğu cinayətkar qrupa hökm oxunub

Rusiyada 5 azərbaycanlının da daxil olduğu cinayətkar qrupa hökm oxunub
# 30 iyun 2008 11:19 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Rusiyada 5 azərbaycanlının da daxil olduğu cinayətkar qrupa hökm oxunub. APA-nın məlumatına görə, qrupun sənədləri saxtalaşdıraraq dövlətə 1,5 milyon rubl ziyan vurduğu məhkəmə istintaqı zamanı təsdiqini tapıb. İttihamnaməyə əsasən azərbaycanlı Fərman Ələşrəf oğlu Mehtiyev Mordova Respublikasının Miqrasiya Xidmətinin əməkdaşının köməyi ilə qeyri-qanuni məcburi köçkün statusu və dövlətdən 80 min rubl ssuda alıb. O, bu asan qazanc yolundan Həsənovlar və Şatayevlər ailəsini də xəbərdar edib və onlar əldə etdikləri dövlət vəsaitinə Mordovada mənzil əldə ediblər. Məhkəmənin qərarı ilə soydaşlarımız iki il azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər, Mordova Miqrasiya Xidmətinin əməkdaşı İrina Leşakova isə 3 il müddətinə azadlıqdan məhrum olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR