Bank Of Baku

Sabiq hərbi hissə komandirinə hökm oxunub

Sabiq hərbi hissə komandirinə hökm oxunub
# 30 iyun 2008 11:26 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mirzəli Abbasovun sədrliyi ilə Müdafiə Nazirliyinin Səngəçalda yerləşən “N” saylı hərbi hissəsinin sabiq komandiri, polkovnik leytenant İlqar Əmirxanova və həmin hərbi hissənin zabiti Nazim Hüseynova hökm oxunub. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə İ. Əmirxanov 4 il və N. Hüseynov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR