Bank Of Baku

BQXK nümayəndələri Naxçıvanda tutulan Ermənistan vətəndaşları ilə ikinci dəfə görüşüblər

BQXK nümayəndələri Naxçıvanda tutulan Ermənistan vətəndaşları ilə ikinci dəfə görüşüblər
# 30 iyun 2008 12:12 (UTC +04:00)
BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, qurum əməkdaşlarının Ermənistan vətəndaşları ilə ikinci görüşüdür. Görüş zamanı həmin şəxslərin saxlanma şəraiti, durumları ilə bağlı monitorinq aparılıb. Ermənistan vətəndaşları ailə üzvlərinə məktub yazıblar. Eyni zamanda ailə üzvlərinin məktubları onlara təqdim olunub.
Qeyd edək ki, V. Zmboyan, A. Zöhrabyan, K. Torosyan və A. Enokyan Azərbaycan-Ermənistan cəbhə xəttinin Naxçıvan istiqamətində saxlanılıb. Onlar Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından ibarət hərbi qrupun üzvləridirlər və Azərbaycan ərazisində təxribat törətmək niyyətində olduqlarını etiraf ediblər. Hazırda Müdafiə Nazirliyinin sərəncamında olan bu şəxslərin əməlləri ilə bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR