Bank Of Baku

Xristian-Baptist dini icmasının Zaqataladakı liderinin barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib

Xristian-Baptist dini icmasının Zaqataladakı liderinin barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib
# 30 iyun 2008 12:28 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Qanunsuz odlu silah saxlamaqda təqsirləndirilərək saxlanılan Xristian-Baptist dini icmasının Zaqataladakı lideri Həmid Şabanovun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib və o, Gəncədəki 2 saylı istintaq təcridxanasına göndərilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Hazırda H. Şabanovun saxlanması ilə əlaqədar açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. İstintaq başa çatdıqdan sonra isə iş aidiyyəti üzrə məhkəməyə təqdim ediləcək.
Xatırladaq ki, iyunun 22-də saxlanılan H. Şabanovun yaşadığı mənzildən 1 ədəd “Makarov” tipli tapança və 37 ədəd qadağan olunmuş dini ədəbiyyat aşkarlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR