Bank Of Baku

İyunun 30-dan iyulun 5-dək İranın azərbaycanlılar yaşayan bütün şəhərlərində“Babək həftəsi” qeyd olunacaq

İyunun 30-dan iyulun 5-dək İranın azərbaycanlılar yaşayan bütün şəhərlərində“Babək həftəsi” qeyd olunacaq
# 30 iyun 2008 12:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan sərkərdəsi Babək Xürrəminin anadan olmasının ildönümü ilə bağlı bəyanat yayıb. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda son illərdə İran dövlətinin Babəkin anılmasına əngəl törətdiyi bildirilir: “1996-cı ildən Güney Azərbaycan türkləri Babək Xürrəminin doğum gününü təntənəli şəkildə qeyd edir. İyunun sonu, iyulun ilk günlərindən başlayaraq Güney Azərbaycanın Kəleybər şəhərində yerləşən Bəzz qalasına kütləvi yürüş təşkil olunur. 2003-cü ildən etibarən İran dövləti türklərin Bəzz qalasına yürüşünün qarşısını almağa və onların haqq səsini boğmağa çalışır”. Bəyanatda deyilir ki, Babəkin doğum günü “Babək həftəsi” çərçivəsində bu il iyunun 30-dan iyulun 5-dək İranın azərbaycanlılar yaşayan bütün şəhərlərində kütləvi tədbirlərlə qeyd olunacaq. Dünya Azərbaycanlıları Konqresi İran hökumətindən Azərbaycan türklərinə qarşı assimilyasiya siyasətinə son qoymağa və onların milli-mədəni hüquqlarını tanımağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR