Bank Of Baku

Prokuror dələduzluqda təqsirləndirilən müəlliməyə cəza istəyib

Prokuror dələduzluqda təqsirləndirilən müəlliməyə cəza istəyib
# 30 iyun 2008 13:56 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə dələduzluqda ittiham olunan Səbayel rayonundakı 162 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Rəşidə Əliyeva və onun həyat yoldaşı İlqar Sultanovun cinayət işi üzrə proses keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə çıxış edən dövlət ittihamçısı R. Əliyevaya təyin olunan şərti cəzanın həbs cəzası ilə əvəzlənməsini, digər təqsirləndirilən şəxsin barəsində hökmün isə qüvvədə saxlanılmasını xahiş edib. Məhkəmə qərarını iyunun 3-də elan edəcək.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İ. Sultanov 7 il müddətinə azadlıqdan məhrum edilib. R. Əliyeva isə 3 il müddətinə şərti cəza alıb. Təqsirləndirilənlər 17 nəfərin pulunu dələduzluq yolu ilə mənimsəyərək ümumilikdə vətəndaşlara 500 min dollara qədər ziyan vurublar. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR