Bank Of Baku

Azərbaycanda sabiq nazirin işində təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Azərbaycanda sabiq nazirin işində təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb
# 30 iyun 2008 15:46 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin cinayət işi üzrə təqsirləndirilən Rafael Rüstəmova hökm oxunub. Məhkəmədən APA-ya verilən məlumata görə, R. Rüstəmov 5 il müddətinə şərti azadlıqdan məhrum olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, “Prestij”, “Eksklüziv”, “DCVAUMAT”, “CHAHARD” mağazalar şəbəkəsinin prezidenti R. Rüstəmov 82 min manat məbləğində vergini ödəməkdən yayınaraq, həmin məbləği “Azpetrol” Şirkətlər Qrupunun hesabına köçürüb. Bundan başqa, o, xarici ölkələrdən Azərbaycana qanunsuz yolla qiymətli qızıl-zinət əşyaları gətirib. O, Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 213 (vergidən yayınma) maddələri ilə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR