Bank Of Baku

Samuxda evləri qarət edən 17 yaşlı qız həbs olunub

Samuxda evləri qarət edən 17 yaşlı qız həbs olunub
# 01 iyul 2008 07:11 (UTC +04:00)
Samux. Nəzakət Məşədiəliqızı-APA. Samux rayonunda evləri qarət edən 17 yaşı Rəna Arif qızı Rüstəmova həbs olunub. Samux rayon polis şöbəsinin rəis müavini Bahadur Şükürovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Rəna Rüstəmova “İstixana” qəsəbəsində yaşayan Ramin İsgəndər oğlu Seyidovun evindən 1600 manat dəyərində qızıl və zinət əşyaları oğurlayıb. İlkin araşdırmalar zamanı məlum olub ki, o, bir neçə gün bundan əvvəl həmin qəsəbənin sakini Sevanə Valeh qızı Məmmədovanın da evindən qızıl və zinət əşyalarını oğurlayaraq satıb. Faktla bağlı Samux rayon polis şöbəsində cinayət işi başlanıb. Rəna Rüstəmovanın digər oxşar əməllərdə iştirakı araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR