Bank Of Baku

Lənkəranda 6 yaşlı piyadanı maşın vurub

Lənkəranda 6 yaşlı piyadanı maşın vurub
# 01 iyul 2008 07:44 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev APA. Lənkəranda yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) müstəntiqi Hikmət Ağayevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə şəhərin Mirzə Məhəmməd Axund küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini Pərviz Bayraməli oğlu Həsənov idarə etdiyi “VAZ - 21074” markalı, 42 BS 867 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada, rayonun Gəgiran kənd sakini, 2002-ci il təvəllüdlü Aşur Barat oğlu Qafarovu vurub. Nəticədə A. Qafarov qapalı beyin travması, baş-beyin silkələnməsi və bədəninin müxtəlif sahələrinin əzilməsi diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda yaralının vəziyyəti orta-ağırdır. Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR