Bank Of Baku

Aqil Xəlilin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul olunub

Aqil Xəlilin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul olunub
# 01 iyul 2008 08:53 (UTC +04:00)
APA-nın məlumatına görə, A. Xəlil yenə də prosesə qatılmayıb. Jurnalistin vəkili Elçin Sadıqov A. Xəlilin özünü S. Strekalinin işində zərərçəkmiş hesab etmədiyini, onu S. Strekalinin bıçaqlamadığını bildirib. Dövlət ittihamçısı Eldar Həmzəyev və müdafiə tərəfi isə A. Xəlilin məcburi şəkildə məhkəmədə iştirakının təmin olunmasını istəyib. Məhkəmə heyəti A. Xəlilin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb və bu qərarın icrası Nəsimi rayon Polis İdarəsinə tapşırılıb. Proses iyulun 3-də davam etdiriləcək.
Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR