Bank Of Baku

Azadlıq Hərəkatçıları Birliyinin “Azadlıq” qəzetinə qarşı iddiasına baxılıb

Azadlıq Hərəkatçıları Birliyinin “Azadlıq” qəzetinə qarşı iddiasına baxılıb
# 01 iyul 2008 08:57 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Yasamal Rayon Məhkəməsində Azadlıq Hərəkatçıları Birliyinin (AHB) “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. APA-ya məlumat görə, “Azadlıq” qəzetinin vəkil Elçin Sadıqov işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. E. Sadıqovun vəsatəti təmin olunub, növbəti məhkəmə prosesi iyulun 10-a təyin edilib.
Qeyd edək ki, AHB sədri Təhmasib Novruzov “Azadlıq” qəzetinin indiki rəhbərlik və kollektivlə istehsalına və yayımına qadağa qoyulması xahişi ilə məhkəməyə müraciət edib. İddia ərizəsində indiki rəhbərlik və kollektivin 150 min manat mənəvi təzminata məhkum edilməsi də xahiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR