Bank Of Baku

Azərbaycanda sabiq nazirin işi üzrə məhkəmə prosesi davam etdirilib

Azərbaycanda sabiq nazirin işi üzrə məhkəmə prosesi davam etdirilib
# 01 iyul 2008 10:21 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və digər şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə çıxış edən F. Əliyev barəsində çıxarılmış hökmün ədalətsiz olduğunu söyləyib. O, birinci məhkəmə instansiyasında məhkəmə istintaqının tam və hərtərəfli aparılmadığını bildirib. Daha sonra dövlət ittihamçısı Abdulla Yusifov çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Proses iyulun 8-dək təxirə salınıb.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F. Əliyev
10, R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci, (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR