Bank Of Baku

Şəkidə dörd fəhləni elektrik cərəyanı vurub

Şəkidə dörd fəhləni elektrik cərəyanı vurub
# 01 iyul 2008 10:41 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Şəkidə eyni vaxtda 4 nəfəri elektrik cərəyanı vurub. Şəki rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 12:00 radələrində rayonun Vərəzət kəndində baş verib. Kənd ərazisində inşa olunan heyvandarlıq kompleksində çalışan 4 nəfər fəhləni tikinti obyektinin üzərindən keçən yüksək gərginlikli elektrik xəttindən qaynaqlanan cərəyan vurub. Fəhlələrdən biri, Şəki rayon sakini, 1976-cı il təvəllüdlü İlqar Rəsulov hadisə yerindəcə ölüb. Xəsarət almış digər 3 nəfər isə ağır vəziyyətdə mərkəzi rayon xəstəxanasına çatdırılıb. Həkimlərin qənaətinə görə, onların vəziyyəti ağır olaraq qalır. Hazırda hadisə yerində rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR