Bank Of Baku

Şəmkirdə baş verən avtomobil qəzasında bir nəfər ölüb

Şəmkirdə baş verən avtomobil qəzasında bir nəfər ölüb
# 01 iyul 2008 11:13 (UTC +04:00)
Şəmkir. Nəzakət Məşədiəliqızı APA. Bakı - Qazax yolunun 400-cü kilometrliyində, Şəmkir rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəmkir rayon Polis Şöbəsinin rəis müavini İmamədin Namazovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, Tovuz rayon sakini Mehman Həmid oğlu Mirzəyevin idarə etdiyi "KamAZ" markalı avtomobil Gəncə şəhər sakini Cəlal İsmayıl oğlu Cəfərquliyevin idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub. Nəticədə C. Cəfərquliyev hadisə yerində keçinib, M. Mirzəyev isə yaralanıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR