Bank Of Baku

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Rasim Əkbərova baş çəkib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Rasim Əkbərova baş çəkib
# 01 iyul 2008 12:35 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq hərbi qulluqçu Rasim Əkbərovla görüşüb. Komitə sədri APA-ya bildirib ki, məhbusun atası Ağa Əkbərov oğlunun vəziyyətinin son dərəcə ağır olduğunu əsas gətirərək ona baş çəkməsini xahiş edib. R. Əkbərov qaraciyər, böyrək, ürək ağrılarından əziyyət çəkir, gəzə bilmir: “Məhkum vəziyyətinin son dərəcə pis olduğunu dedi. Mənə bildirdilər ki, Rasim Əkbərov bu axşam saat 4-də huşunu itirib və onu çox çətinliklə ayıltmaq mümkün olub. Bir neçə gün əvvəl isə o, çoxlu qan itirib”. Komitə sədri deyib ki, R. Əkbərov 15 ilik cəzasının 9 ilini çəkdiyini və vəziyyətinin çox pis olmasını nəzərə alaraq azadlığa buraxılması üçün ona köməklik göstərilməsini xahiş edib. E. Behbudov R. Əkbərovun azadlığa buraxılması xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR