Bank Of Baku

Bələdiyyə sədrinin qardaşını güllələməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxılıb

Bələdiyyə sədrinin qardaşını güllələməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxılıb
# 02 iyul 2008 13:39 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Bakı şəhər Nizami rayon Bələdiyyəsinin sədri Arif Qasımovun qardaşı Vidadi Qasımovu odlu silahla yaralamaqda təqsirləndirilən Əfqan Şirzadovun və Cəbi Sailovun apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə tərkibinə etiraz veriblər. Etirazla bağlı qərar qəbul olunması üçün proses iyulun 4-dək təxirə salınıb.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Ə. Şirzadov 13 il, C. Sailov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Ə. Şirzadov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adamöldürməyə cəhd), 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), C. Sailov CM-nin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR