Bank Of Baku

Belarusda iki Azərbaycan vətəndaşını diri-diri yandıran cinayətkar dəstənin üzvlərinə hökm oxunub

Belarusda iki Azərbaycan vətəndaşını diri-diri yandıran cinayətkar dəstənin üzvlərinə hökm oxunub
# 02 iyul 2008 14:11 (UTC +04:00)
Qomel-APA. 2000-ci ildə Qomeldə iki Azərbaycan vətəndaşını maşında yandıran cinayətkar dəstənin üzvlərinə hökm oxunub. APA-nın məlumatına görə, dövlət ittiham aktında azərbaycanlıların Qomelə qarpız satmağa gəldiyi bildirilir. Cinayətkarlar soydaşlarımızdan haqq tələb ediblər, azərbaycanlılar onlara haqq verməkdən imtina etdiklərinə görə tərəflər arasında insident baş verib. Cinayətkarlar soydaşlarımızı maşınları ilə birlikdə yandırıblar. Ümumilikdə cinayətkar qruplaşmanın yüzə yaxın cinayət əməli törətdiyi məhkəmə istintaqı qolu ilə təsdiqlənib. Dəstənin 6 üzvünün hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR