Bank Of Baku

Ucarda Dövlət Yol Polisinə məxsus “Wolswagen” markalı maşınla “VAZ 21011” toqquşub

Ucarda Dövlət Yol Polisinə məxsus “Wolswagen” markalı maşınla “VAZ 21011” toqquşub
# 02 iyul 2008 16:26 (UTC +04:00)
Ucar. Zahid Abışov APA. Bu gün Ucar-Zərdab yolunda, Ucar rayonunun Qarabörk kəndində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, Dövlət Yol Polisinə məxsus “Wolswagen - Passat” markalı, 10 YP 949 dövlət nömrə-nişanlı maşınla kənd sakini Müşfiq Qurbanovun idarə etdiyi “VAZ 21011” markalı, 03 BB 246 nömrə nişanlı maşınla toqquşub. Nəticədə “VAZ 21011” yoldan çıxaraq aşıb, maşının sürücüsü və sərnişini yaralanıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR