Bank Of Baku

Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində terror aktı törətməsindən 14 il ötür

Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində terror aktı törətməsindən 14 il ötür
# 03 iyul 2008 08:09 (UTC +04:00)
Bakı-APA. Bakı metropoliteninin “28 May” və “Gənclik” metro stansiyaları arasında hərəkət edən qatarda terror aktı törədilməsindən 14 il ötür. APA-nın məlumatına görə, 1994-cü il iyulun 3-də törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, 57 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Təhqiqat nəticəsində terror aktının Dağlıq Qarabağ uğrunda döyüşlərdə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədildiyi müəyyənləşib. Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Azər Aslanov Moskvada həbs olunub. Vətənə xəyanət maddəsi ilə mühakimə olunan Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR