Bank Of Baku

Oğlunun ölümünə dözməyən ana özünü asıb

Oğlunun ölümünə dözməyən ana özünü asıb
# 03 iyul 2008 08:37 (UTC +04:00)
Qax. Hafiz Heydərov - APA. Qax rayonunda 78 yaşlı qadın özünü asıb. Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Rayon sakini, 1930-cu il təvəllüdlü Mafizət Əhməd qızı Camalova yaşadığı həyətdə qoz ağacından özünü asaraq intihar edib. Onun intihardan əvvəl məktub yazdığı məlum olub. M. Camalova məktubda gənc oğlunun ölümündən sarsıntı keçirdiyini və bu acıya dözmədiyini yazıb. Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR