Bank Of Baku

Aqil Xəlil məcburi şəkildə Strekalinin məhkəməsinə gətirilib

Aqil Xəlil məcburi şəkildə Strekalinin məhkəməsinə gətirilib
# 03 iyul 2008 09:21 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi başlanıb. APA-nın məlumatına görə, “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlil polislər tərəfindən məhkəməyə gətirilib. Amma o, vəkili gəldikdən sonra məhkəmənin başlanması ilə bağlı vəsatət qaldırıb. Müxbirin vəsatəti təmin olunub. Hal-hazırda prosesə fasilə verilib.
Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR