Bank Of Baku

Ağ ciyər vərəmindən müalicə olunan məhkum dünyasını dəyişib

Ağ ciyər vərəmindən müalicə olunan məhkum dünyasını dəyişib
# 03 iyul 2008 12:18 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəmli məhkumların müalicə olunduğu İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən Müzəffərov Kənan Qurban oğlu dünyasını dəyişib. APA-nın xəbərinə görə, məhkum iyunun 30-da uzun sürən xəstəlikdən sonra vəfat edib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya məlumatı təsdiqləyiblər. Şöbədən qeyd olunub ki, məhkum müəssisədə ağ ciyər vərəmindən müalicə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR