Bank Of Baku

Qazaxıstanın sahil sularında 14 azərbaycanlı brakonyer həbs olunub

Qazaxıstanın sahil sularında 14 azərbaycanlı brakonyer həbs olunub
# 03 iyul 2008 12:50 (UTC +04:00)
Astana-APA. Qazaxıstan Balıq Təsərrüfatı Komitəsinin müfəttişlərinin Atırau vilayətində, sahildən 25 kilometr məsafədə həyata keçirdiyi reydlər zamanı içərisində 14 azərbaycanlı balıqçı olan “PTS” gəmisi saxlanıb. APA-nın “Kazinform”a istinadən yaydığı məlumata görə, brakonyerlərin saxlanması zamanı müfəttişlər table silahından istifadə etməyə məcbur olublar. “PTS” gəmisi ilə yanaşı “Yamaha-55” markalı motorla işləyən iki “Proqress” tipli qayıq da ələ keçirilib. Müfəttişlər saxlanan gəmi və qayıqlarda qeyri-qanuni ovlanmış nərəkimilər fəsiləsinə aid balıqlar, istifadəsi qadağan edilmiş çoxqarmaqlı “koloda” tipli tor, kürü qablaşdırmaq üçün xüsusi konserv qutuları və digər ov ləvazomatı aşkar ediblər. Bundan başqa reyd keçirilən rayonda nərə balıqlarının ovlanması üçün qurulmuş 50 tor dəsti də müfəttişlər tərəfindən götürülüb. Əldə olunan materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına təhvil verilib, faktla bağlı təhqiqat davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR