Bank Of Baku

Azərbaycan Dövlət Sərhəd Xidməti Rusiyanın 7, İranın 2 gəmisini saxlayıb

Azərbaycan Dövlət Sərhəd Xidməti Rusiyanın 7, İranın 2 gəmisini saxlayıb
# 03 iyul 2008 13:17 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tutulan sərhəd pozucularının 8-i İran İslam Respublikası, 8-i Azərbaycan, hər ölkədən bir nəfər olmaqla Rusiya, Gürcüstan və Qazaxıstan vətəndaşlarıdır. Sərhəd rejim qaydalarını pozduqları üçün 16 halda 32 nəfər, vizaları olmadığı üçün 57 halda 96 nəfər, vizaların müddəti qurtardığı üçün 27 halda 35 nəfər, müvafiq sənədləri olmadığına görə 22 halda 29 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. Axtarışda olan 62 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
İyun ayı ərzində sərhədçilərə qarşı bir halda sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərilib. Saxlanılan sərhəd pozucularından 1 ədəd AK markalı avtomat silah, 2 ədəd gecə görmə silahı, 5900 ABŞ doları, 3 ədəd mobil telefon, 39 bağlamada təqribən 39 kilqoram həşiş, 1 bağlamada 3 kiloqram heroinə oxşar narkotik vasitə, 5 ədəd 7,62 mm-lik giliz aşkar edilərək götürülüb. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 5 halda 145 kq.284 qr. narkotik vasitə aşkar edilib. Bundan əlavə, 2 ton 800 kq. yabanı halda bitmiş xaş-xaş kolu yığılaraq məhv edilib. Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Sahil Mühafizəsi tərəfindən Rusiyaya məxsus 7 və İrana məxsus 2 gəmi saxlanılaraq baxış keçirilib. Sərhəd rejim qaydalarına riayət etməyərək sənədsiz dənizə çıxdığı üçün 7 qayıqda 17 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 46 halda ümumi dəyəri təxminən 745 min 419 manat olan qaçaqmal saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR