Bank Of Baku

Bakı sakinindən hədə-qorxu yolu ilə 2000 dollar almış şəxs həbs olunub

Bakı sakinindən hədə-qorxu yolu ilə 2000 dollar almış şəxs həbs olunub
# 03 iyul 2008 14:40 (UTC +04:00)
Bakı-APA. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinindən hədə-qorxu yolu ilə 2000 dollar almış şəxs həbs olunub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, həbs olunan şəxs Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Etibar Hüseynovdur. Faktla bağlı araşdırma aparılır. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri başqa bir əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ulduz Məmmədova hədə-qorxu gəlmiş Naxçıvan şəhər sakini Rizvan Cəfərov tutulub. Saxlanan şəxsdən 1 ədəd pnevmatik tapança götürülüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR