Bank Of Baku

“Mercedes”dən 35 kiloqram narkotik maddə tapılıb

“Mercedes”dən 35 kiloqram narkotik maddə tapılıb
# 03 iyul 2008 14:46 (UTC +04:00)
Bakı - APA. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də Biləsuvarda Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomaşına baxış zamanı 35 kiloqram həşiş aşkar edilərək götürülüb. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Bağırov və sərnişini, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Süleymanov saxlanılıblar. Onlar sonrakı araşdırmalar üçün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil veriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR