Bank Of Baku

Müslüm Maqomayev əməliyyat olunub

Müslüm Maqomayev əməliyyat olunub
# 03 iyul 2008 14:59 (UTC +04:00)
Moskva APA. Azərbaycanın və Rusiyanın xalq artisti Müslüm Maqomayev Moskvanın A. N. Bakulyov adına Ürək-Damar Cərrahiyyəsi Elmi Mərkəzində əməliyyat olunub. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 65 yaşlı məşhur sənətçinin ürək damarlarının kirəcləşməsi nəticəsində ürək əzələsində qan dövranı pozulub. Qan dövranını normallaşdırmaq üçün həkimlər angioplastika üsulundan istifadə ediblər. Həkimlər şuntlama əməliyyatının da lazım gələcəyini istisna etmədiklərini deyiblər.
Qeyd edək ki, M. Maqomayev iyun ayının əvvəlində ürəyində kəskin ağrılar, baş gicəllənməsi, ifrat yorğunluq şikayətləri ilə xəstəxanaya aparılıb. Akademik Leo Bokeriyanın nəzarəti altında həyata keçirilən müayinələr nəticəsində ona ürək damarlarının xroniki xəstəliyi diaqnozu qoyulub. Həkimlər cərrahiyyə əməliyyatı üçün tələsməyiblər və medikamentoz terapiya kursu təyin edərək müğənnini evə buraxıblar. Ancaq bir neçə gün əvvəl M. Maqomayev yenidən xəstəxanaya müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR