Bank Of Baku

Bakıda çoxmərtəbəli binanın uçması faktına görə təqsirləndirilənlərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq

Bakıda çoxmərtəbəli binanın uçması faktına görə təqsirləndirilənlərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq
# 03 iyul 2008 15:18 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bakının Murtuza Muxtarov küçəsində 17 mərtəbəli binanın uçması faktı ilə bağlı təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq. Bu barədə APA-ya Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib. Prosesə hakim Etibar Nəbiyev sədrlik edəcək. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə “Mütəfəkkir” MMC-nin baş mühəndisi Əsgər Əliyev 9 il, həmin şirkətin iş icraçıları - Fərhad Həsənov 7 il, Qədir Səlimov 5 il 6 ay, Mürsəl Haqverdiyev 5 il, memar Eldar Rəhimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə təqsirləndirilən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı idarəsinin sabiq rəisi Akif Məhərrəmovun isə 8 ay müddətinə şərti azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən “Mütəfəkkir” MMC-nin rəhbəri Əli Muradov ötən ilin noyabrında həbsxanada dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR